Maşını keçmiş qaynatasının üstünə sürən şəxsə bu cəza verildi

Bakıda qaynasına xuliqanlıq niyyəti ilə xəsarət yetirməkdə təqsirləndirilən Fuad Paşayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlşaıb.

E-huquq.az-ın məlumatına Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, F.Paşayev Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O həmçinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, və ona 2 il 06 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla ona qəti olaraq 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

İttihama görə, hadisə 2023-cü ilin noyabr ayında baş verib. Belə ki, F.Paşayev keçmiş qaynatası İlyas Nağıyevlə mübahisə edib, sonuncunu nalayiq ifadələrlə təhqir edib. Daha sonra “Toyota Prius” markalı avtomobilə əyləşib zərərçəkmişin üzərinə sürərək ona xəsarət yetirib. Həmçinin keçmiş qaynatasına məxsus “Mersedes” markalı avtomobilin yan güzgüsünü, avtomobilin qarşı alın şüşəsini, qabaq sağ işığını, avtomobilin təkərinin şinini zədələyərək sonuncuya ümumilikdə 400 manat məbləğində maddi vurub. 

Şəbnəm Mehdizadə