Los-Ancelesdəki yanğınlarla mübarizəyə ABŞ Milli Qvardiyasının üzvləri cəlb olunub

ABŞ-ın Los-Anceles şəhərində davam edən yanğınlarla mübarizəyə Kaliforniya ştatından Milli Qvardiyanın üzvləri cəlb olunub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Los-Ancelesin şerifi Robert Luna mətbuat konfransında şəhərdə davam edən yanğınlarla bağlı son vəziyyətindən danışıb.

O, Kaliforniya əyalətindən təxminən 400 Milli Qvardiya üzvünün Los-Ancelesdəki yanğınlarla mübarizəyə cəlb olunduğunu və bu gecə təyin olunmuş ərazilərdə xidmətə başlayacağını açıqlayıb.

Milli Qvardiyanın yanğınla mübarizə çərçivəsində infrastruktur və yol nəzarətindən tutmuş müxtəlif xilasetmə əməliyyatlarına qədər müxtəlif sahələrdə xidmət edəcəyini və sözügedən şəxsi heyətin gücləndirilməsi ilə mübarizənin güclənəcəyini qeyd edib.

Həmçinin bildirib ki, indiyə qədər 5 nəfər ölüb, lakin ölənlərin sayının arta biləcəyindən narahatdırlar.

Şəbnəm Mehdizadə