- 13:24 | 10.01.2025
- Dünya
Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatını maliyyə yardımı etməkdə ittiham olunan 7 nəfər saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi qrupları "Terrorun maliyyələşdirilməsinin qarşısının alınması haqqında" qanunu pozan və silahlı terror təşkilatı üzvü olan şübhəlilərin tutulması üçün əməliyyata başlayıb.
İŞİD terror təşkilatı üzvlərinə pul köçürən şübhəlilərin kimliklərini və ünvanlarını müəyyən edilib.
Müəyyən edilmiş ünvanlarda eyni vaxtda həyata keçirilən əməliyyatlarda 7 şübhəli yaxalanıb.
Aparılan axtarışlar zamanı təşkilati fəaliyyətlərdə istifadə edilən çoxlu sayda rəqəmsal material ələ keçirilib.
Şübhəli şəxslər polis şöbəsinə aparılıb.
Şəbnəm Mehdizadə