Suriyanın şimalında 20 terrorçu zərərsizləşdirildi

Suriyanın şimalında 20 terrorçu zərərsizləşdirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik "Fərat Qalxanı" bölgəsində və Suriyanın şimalında müəyyən edilən 20 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.

"Terrorçular onları gözləyən sondan qaça bilməyəcək. Qəhrəman Türk Silahlı Qüvvələrimiz "Fərat Qalxanı" bölgəsində və Suriyanın şimalında müəyyən edilən 20 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Terror təşkilatlarına qarşı mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək", - deyə nazirliyin açıqlamasında bildirilib.

Şəbnəm Mehdizadə