Bu şəxslərin maaşları artırıldı

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb.

E-huquq.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla dövlət büdcəsindən maliyyələşən aşağıdakı təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları bu ilin yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb:

- Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı;

- Heydər Əliyev Mərkəzi;

- “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

- Azərbaycanda Atatürk Mərkəzi;

- Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;

- Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu;

- Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu;

- Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;

- Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı;

- Maliyyə Nazirliyi yanında Maliyyə Elm -Tədris Mərkəzi;

- Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi -Metodiki və İxtisasartırma Mərkəzi;

- Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;

- Mədəniyyət Nazirliyinin tabeliyində Quba şəhərində “Soyqırımı memorial kompleksi”;

- Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı;

- Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;

- Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi;

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu;

- icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqlar.

Nazirlər Kabineti yuxarıda adları qeyd olunan qurumlarda çalışan rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini təsdiq etmək tapşırılıb.