“Qalib Azərbaycan!” adlı IV Vəkil bədii yaradıcılıq müsabiqəsi keçiriləcək - ELAN

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkil Klubu tərəfindən Vətən müharibəsinin 5 illiyinə həsr olunmuş “Qalib Azərbaycan!” adlı IV Vəkil bədii yaradıcılıq müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.

Bu bardə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, müsabiqənin məqsədi hüquqşünaslara məxsus şeir və hekayə çərçivəsində şəxsi əsərlərin qiymətləndirilməsi və uğur qazanmış əsərlərin yayımlanmasından ibarətdir.

Mövzu

Müsabiqənin mövzusu vətənpərvərlik dəyərlərinin təbliğidir və əsərlər istənilən həcmdə ola bilər.

İştirak

Müsabiqədə vəkillərin, vəkillərin ailə üzvlərinin (ərinin (arvadının), uşağının), vəkil köməkçilərinin, hakimlərin, hüquqşünasların və hüquq fakültəsinin tələbələrinin, habelə xarici ölkə vəkillərinin iştirakı nəzərdə tutulur.

Xarici ölkə vəkilləri əsərlə birlikdə vəkil olmalarını təsdiq edən sənədin surətini pdf formatda təqdim etməlidirlər. Hər bir iştirakçı müsabiqəyə ən çoxu iki əsər göndərə bilər.

Əvvəllər yayımlanmış və ya hər hansı bir yarışmada mükafat qazanmış əsərlərin qəbulunda hər hansı bir məhdudiyyət yoxdur.

Əsərlərin təqdimi

Müsabiqəyə sadəcə elektron poçtla safarovpasha@gmail.com ünvanına göndərilən əsərlər qəbul ediləcəkdir.

İştirakçı əsərləri şəxsi ad və soyadı ilə, həmçinin bədii təxəllüsü ilə göndərə bilər. Zərurət yaranarsa, iştirakçıdan ixtisasını (vəzifəsini) və təhsilini təsdiq edən sənəd tələb oluna bilər.

Əsərlər A4 səhifəsində “Word” formatında, 12 ölçüdə və “Times New Roman” şrifti ilə yazılmalıdır.

İştirakçı ad və soyadını hər əsərin başlığında qeyd etməlidir.

Tarix

Müsabiqəyə əsər göndərmə müddəti 31 may 2025-ci ildə bitir.

Mükafat

Müsabiqədə ilk 3 yeri qazanan şəxslərə hədiyyə və diplomlar təqdim ediləcək.

Digər

İştirakçı müsabiqəyə təqdim etdiyi əsərin tamamilə ona aid olduğunu bəyan etməlidir. Əks halda mükafat alan iştirakçılar əldə etdikləri mükafatı geri qaytarmalıdırlar.

Seçici qrup

Seçici Qrup müsabiqənin həqiqiliyi naminə açıqlanmır.

Əlaqə:

Telefon: (+994) 55 680 70 67 (Paşa Səfərov)

Ünvan: Bakı şəhəri, C.Hacıbəyli 100, AZ 1007