- 15:39 | 08.01.2025
- Dünya
ABŞ-ın Kaliforniya ştatında meşə yanğınlarına görə 30 min nəfərin təxliyyə edilməsi barədə qərar verilib.
E-huquq.az ABŞ mətbuatına istinadən xəbər verir ki, saatda təxminən 80 kilometrə çatan küləklər meşə yanğınlarına səbəb olub.
Sakit Okean Palisades bölgəsində baş verən yanğın nəticəsində təxminən 3 min hektar ərazi məhv olub.
Kaliforniya qubernatoru Gavin Newsom verdiyi açıqlamada yanğınla mübarizə səylərinin davam etdiyini və Los-Ancelesdə "fövqəladə vəziyyət" elan edildiyini bildirib.
Bölgədə təxminən 250 min insan işıqsız qalıb, təxminən 13 min yaşayış evi və iş yeri yanğın təhlükəsi ilə üzləşib.
Los-Anceles Yanğınsöndürmə İdarəsindən verilən açıqlamada yanğın nəticəsində bir neçə nəfərin xəsarət aldığını, bir yanğınsöndürənin kəllə-beyin travması aldığını bildirib.
Bölgədəki bir çox məktəblərdə tədris prosesi dayandırılıb.
Şəbnəm Mehdizadə