"Park Naftalan" məhkəməyə verilib

"Park Naftalan" MMC məhkəməyə verilib.

E-huquq.az xəbər verir ki, "Vitta Elmi-Texniki" MMC sanatoriya kompleksinə qarşı alqı-satqı müqaviləsi üzrə tələb irəli sürüb.

İddia Gəncə Kommersiya Məhkəməsində hakim Əbülfəz Məmmədlinin sədrliyi ilə araşdırılacaq.

Şəbnəm Mehdizadə