- 17:26 | 12.12.2024
- Məhkəmə
Sabirabadda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Cəlal Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Hakim Azər İsmayılovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası dekabrın 26-na təyin olunub.
Qeyd edək ki, Sabirabad şəhər sakini, 1987-ci il təvəllüdlü Cəlal Ələkbərov hərəkətdə olarkən “Mersedes” markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılıb. Qəza zamanı o və Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Cəfərov Xeyrulla Seyfulla oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə