Goranboyda oğurluqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Goranboyda mal-qara oğurluğunda təqsirləndirilən Arzu Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilib.

İş hakim Toğrul Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Arzu Məhərrəmov rayon sakininə məxsus, dəyəri 8700 manat olan iribuynuzlu heyvanı oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə