"Oba Market" barəsində protokol tərtib olundu

"Oba Market" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, marketlər şəbəkəsi barədə İnzibati Xətalar Məcəlləsnin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol Sabunçu Rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin baxış iclası avqustun 28-də keçiriləcək.

Protokol təsdiq olunsa, "Oba Market" üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə