Yasamal Rayon Məhkəməsi məlumat yaydı


  • 27 May 2022 16:57

Yasamal Rayon Məhkəməsi 23 may – 27 may 2022-ci il tarixə baxılan işlər üzrə icmalı təqdim edib.

E-huquq.az xəbər verir ki, bu həftə ərzində məhkəməyə 12 cinayət işi daxil olub. Onlardan 2-si məhkəməyədək sadələşdirilmiş icraat materialı olub. Bundan başqa, 13 prosessual məcburiyyət tədbirinin tətbiqi barədə və 21 əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə təqdimat daxil olub. 103 mülki iş daxil olub, onlardan 27 iş sadələşdirilmiş icraat qaydasında, 6-sı xüsusi icraat qaydasında, 70-i iddia icraatı qaydasında verilib.

Yasamal Rayon Məhkəməsində bu həftə ərzində 6 cinayət işinə baxılıb, itthamedici hökm çıxarılıb. Bundan başqa, 1 cinayət işi üzrə tərəflərin barışması ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilib.

83 mülki işə mahiyyəti üzrə baxılmış və qətnamə çıxarılıb. Onlardan 14-ü rədd edilib, 69-u təmin edilib. 30 iş üzrə yekun məhkəmə aktı sayılan qərardad çıxarılıb.

Oxşar xəbərlər