Balakəndə ev yanıb, xəsarət alan var

Balakən rayonunun Hənifə kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli bir otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

E-huquq.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə zamanı bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.