- 17:21 | 03.01.2025
- Dünya
Fransanın cənubundakı Arl kommunasında yerləşən həbsxanada bıçaqla silahlanmış məhkum üç nəfər tibb işçisi və nəzarətçi də daxil olmaqla, 4 nəfəri girov götürüb.
E-huquq.az xəbər verir ki, bu barədə “La Provence” qəzeti məlumat yayıb.
Hazırda onunla danışıqların aparıldığı bildirilsə də, tələblərinin nədən ibarət olduğu açıqlanmayıb.
Qeyd edək ki, 90-cı illərdə inşa olunan həmin cəzaçəkmə müəssisəsi 159 məhbusun saxlanılması üçün nəzərdə tutulub.