Avropa Komissiyasının sədri pnevmoniyaya yoluxub

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen pnevmoniyaya (ağciyər iltihabı) yoluxub və yanvarın ilk iki həftəsi vəzifəsini icra etməyəcək.

E-huquq.az xəbər verir ki, bu barədə AK nümayəndəsi Stefan de Keersmaeker “PAP” agentliyinə açıqlamasında deyib.

Qeyd olunub ki, nəticədə Ursula fon der Leyen yanvarın 3-də Varşavada Polşanın Avropa İttifaqı Şurasına sədrliyinin başlanması mərasimində iştirak etməyəcək.