- 21:01 | 11.08.2024
- Hadisə
Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.
E-huquq.az xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına 3 nömrəli xəstəxanaya isə 13 nəfər yerləşdirilib. Digər doqquz zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.
Əlavə məlumat veriləcək.
Faktla bağlı araşdırma davam etdirilir.
***
20:22
Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.
E-huquq.az xəbər verir ki, mərasimin 75 iştirakçısı xəstəxanaya çatdırılıb.
Zərərçəkənlərə tibbi yardım göstərilir, onların əksəriyyətinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.
Faktla bağlı araşdırma davam etdirilir.
***
19.30
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə olub.
E-huquq.az xəbər verir ki, zəhərlənən vətəndaşların sayı 60-a çatıb.
Məlumata görə, bu say daha da arta bilər.
***
18:50
Gəncə şəhərində kütləvi zəhərlənmə faktı qeydə alınıb.
E-huquq.az xəbər verir ki, şəhərdə keçirilən yas mərasimlərin birində 40-dan çox qonaq zəhərlənib.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.