- 17:37 | 03.04.2024
- Dünya
Çinin Tszyansi əyalətində güclü qasırğa nəticəsində 7 nəfər ölüb, 11 nəfər yaralanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, martın 31-dən bəri davam edən qasırğadam 9 şəhərdə təxminən 93 minə yaxın insan zərər çəkib.
Vilayətin paytaxtı Nanchang şəhərində 2-si 20-ci mərtəbədən, biri isə 11-ci mərtəbədən yıxılan 3 nəfər həyatını itirib.
Rəsmilər 11 nəfərin isə yaralandığını açıqlayıb.
Fırtınalar nəticəsində 5 min 700 hektar kənd təsərrüfatı sahəsinə və 2 min 751 evə ziyan dəyib, 800-dən çox insan evlərindən təxliyə olunub.
Jiangxi Meteorologiya Xidməti martın 31-də fırtınanın yaratdığı küləyin sürətinin saatda 127,8 kilometrə çatdığını açıqlayıb.
Şəbnəm Mehdizadə