- 13:37 | 26.12.2024
- Məhkəmə
Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsləri Dəyanət Atakişiyev və Ayxan Səfərovun barəsindəki hökmdən kassasiya protestləri verilib.
E-huquq.az-ın məlumatına görə, kassasiya protesti Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə araşdırlacaq.
Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan ərazi idarəsinin sabiq rəisi Ayxan Səfərov Arxiv şöbəsinin sabiq müdiri Dəyanət Atakişiyevlə birgə Beyləqan rayonunda yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlara dair mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi üçün rüşvət almaqda təqsirləndiriliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 32.5, 311.3.2-ci (təkrarən rüşvət almaqda köməkçilik etmə) maddələri ilə ittiham irəli sürülüb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həmin şəxslərə bəraət verilib. Hökmdən narazı qalan ittiham tərəfi apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi protesti təmin etməyib və bəraət hökmü qüvvədə saxlanılıb.
Şəbnəm Mehdizadə