- 14:45 | 26.12.2024
- Məhkəmə
Bakıda evlərdən oğurluq etməkdə təqsirləndirilən Mütəllim Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.
İş hakim Samir Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, əvvəllər dəfələrlə məhkum edilmiş 1992-ci il təvəllüdlü Mütəllim Məmmədov paytaxt ərazisindəki evlərdən birinin həyətinə icazəsiz girdiyi üçün polis tərəfindən saxlanılıb. Araşdırmalar nəticəsində saxlanılan şəxsin Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə axtarışda olması və müxtəlif vaxtlarda 2 evdən ümumilikdə 11 min manat və məişət əşyaları oğurlaması da müəyyən olunub. Şəxsi axtarış zamanı ondan 1 ədəd tapança aşkar olunaraq götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.1-i maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə