- 13:47 | 26.12.2024
- Dünya
Japan Airlines (JAL) kiberhücum səbəbindən bəzi reyslərin təxirə salındığını açıqlayıb.
E-huquq.az Kyodo agentliyinə istinadən məlumat verir ki, hava yolları şirkəti yaydığı açıqlamada daxili və xarici sistemləri birləşdirən şəbəkəyə kiberhücum edildiyini bildirib.
Açıqlamada kiberhücum nəticəsində 24 daxili uçuşun və bəzi beynəlxalq uçuşların təxminən 1 saat gecikdiyi qeyd edilib.
Ehtiyat tədbiri kimi bilet satışları dayandırılıb, kiberhücumla mübarizə üçün qabaqlayıcı tədbirlər paketinə start verilib.
Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hayashi Yoshimasa zərərçəkən müştərilərin şikayətlərini aradan qaldırmaq üçün sistemdəki problemi mümkün qədər tez aradan qaldırmaqla bağlı tapşırıq verdiyini söyləyib.
Ölkənin digər aviaşirkətlərinin sistemlərində hələlik bənzər problem müşahidə olunmur.
Şəbnəm Mehdizadə