- 16:57 | 02.04.2024
- Dünya
Türkiyənin Tekirdağ şəhərində yaşayış binalarının birində qonşular arasında kütləvi dava olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bina sakinləri arasında kommunal məsələlərlə bağlı mübahisə düşüb. Qısa müddət sonra mübahisə davaya çevrilib.
Dava zamanı tərəflər bir-birinə daş və dəyənəklə hücum edib. Nəticədə 11 nəfər yaralanıb.
Hadisə yerinə jandarma və 112 təcili tibbi yardım qrupları cəlb edilib.
Yaralılar ətrafdakı xəstəxanalara göndərilib.
Şəbnəm Mehdizadə