- 15:44 | 26.12.2024
- Məhkəmə
"Bakı Qida və Yağ Fabriki" MMC gömrük qaydaları əleyhinə olan inzibati xəta üzrə cərimələnə bilər.
E-huquq.az xəbər verir ki, fabrik barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə protokol irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddasinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.
İş Bakı Şəhəri Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın icraatındadır.
Şəbnəm Mehdizadə