Daha iki tiktoker həbs edildi

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının “TikTok” əməliyyatları nəticəsində saxlanılan daha iki nəfər həbs edilib.

E-huquq.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə "Vaqa" ləqəbli Vüqar Zeynalzadə və "Nuh" ləqəbli Nuh Məmmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ötən gün “TikTok”da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər.