Hüquqi Debat müsabiqəsinin qalibləri bəlli oldu -

Noyabrın 26-da "Yusif Allahverdiyev və Partnyorları" Vəkil Bürosunun və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Tələbə Gənclər Təşkilatının (TGT) Hüquq Klubunun təşkilatçılığı ilə Hüquqi Debat müsabiqəsi keçirilib.

E-huquq.az xəbər verir ki, 2 nəfərdən ibarət komandalar arasında keçirilmiş müsabiqə zamanı iştirakçılar əvvəlcədən təqdim olunmuş mövzular əsasında debat aparıblar.

“Jusguard” və “Tribunat” komandaları arasında keçirilmiş final mərhələsində “Jusguard” komandası qalib gələrək I yeri tutub, “Tribunat” komandası isə II yeri tutub.

I və II yeri tutmuş komandalara pul mükafatları və sertifikatlar verilib. Müsabiqədə III yeri tutan “25-ci Kadr” komandasına və IV yeri tutan “Miss Marple” komandasına isə sertifikatlar təqdim olunub.