Qəzzada “Anadolu”nun əməkdaşı öldürüldü

Türkiyənin “Anadolu Agentliyi“nin ştatdankənar operatoru 25 yaşlı Səid Əbu Nabhan Qəzza zolağında aldığı güllə yarasından ölüb.

E-huquq.az xəbər verir ki, insident fələstinli qaçqınlar üçün yaradılmış Əsgər Əl-Cədid düşərgəsinin ərazisində baş verib.

Agentliyin yaydığı kadrlarda operatorun digər insanlarla birlikdə düşərgənin küçələrindən biri ilə qaçdığı, sonra isə qəfil yerə yıxıldığı görünür.

“Anadolu”nun bildirdiyinə görə, Əbu Nabhanın qəsdən vurulduğu güman edilir.

Fələstinin “WAFA” xəbər agentliyi də jurnalistin ölüm xəbərinə dair məlumat yayıb.