- 21:18 | 10.01.2025
- Dünya
Gürcüstan Daxili İşlər Nazirliyi paytaxt Tbilisidə və regionlarda xüsusi əməliyyat keçirib.
E-huquq.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Əməliyyat nəticəsində vətəndaşlardan xeyli sayda silah-sursat götürülüb. Doqquz nəfər saxlanılıb.
Saxlanılan şəxsləri 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.