- 22:49 | 10.01.2025
- Dünya
NATO ölkələri hərbi xərcləri artırmağa hazırdırlar.
E-huquq.az xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Quido Krozetto məlumat verib.
Buna baxmayaraq alyans ölkələri xərcləri ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın tələb etdiyi kimi ÜDM-in 5%-nə qaldırmayacaqlar. Bu rəqəmin ÜDM-nin 2%-dən çox olacağı nəzərdə tutulur.
“Görünən odur ki artım olacaq. Düşünmürəm ki, 5% olacaq, iniki vəziyyətdə bu, mümkünsüzdür. Amma 2% də olmayacaq, ikidən çox olacaq”, - nazir qeyd edib.