ABŞ-nin Nümayəndələr Palatası Netanyahuya görə Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq etdi

ABŞ Konqresinin Nümayəndələr Palatası İsrailin Qəzza zolağında atdığı addımlara görə İsrailin Baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbs edilməsinə dair çıxardığı qərara etiraz olaraq Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib.

E-huquq.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata görə, Nümayəndələr Palatasının 243 üzvü qərarın lehinə, 140 nəfər isə əleyhinə səs verib.

Sözügedən sənəd Beynəlxalq Cinayət Məhkəməsininin ABŞ və onun müttəfiqlərinin müdafiə olunan şəxslərinin təhqiqatına və ya təqibinə yönəlmiş istənilən hərəkətinə qarşı sanksiyaları nəzərdə tutur.