Məhkəmə Ekspertizası Mərkəzinin tenderinə yekun vuruldu

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertizaların aparılması üçün kimyəvi maddələrin satın alınması ilə bağlı elan etdiyi tenderin nəticəsi bəlli olub.

E-huquq.az xəbər verir ki, tenderin qalibi Fuad-Kimya Servis MMC olub.

Məlumata görə, qalib şirkətə 19.822,82 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə