Türkiyənin bu şəhərini zibil basdı

Türkiyənin İzmir şəhərində bələdiyyə işçiləri tətil elan edib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İzmir Böyükşəhər Bələdiyyəsinin işçiləri maaşlarının və sosial hüquqlarının bir hissəsinin ödənilməməsi etiraz olaraq işi dayandırıb.

Nəticədə İzmirin Konak rayonunda zibil toplama xidmətləri dayandırılıb.

Etirazlara sürücülər, avtoparkinq və təmizlik işçiləri də qatılıb.

Bölgədə xeyli sayda zibil yığınları əmələ gəlib.

Küçələrə və yollara dağılan zibillər ətrafda pis qoxuların yayılmasına səbəb olub.

Şəbnəm Mehdizadə