Azərbaycanda terrorçuluğa çağırış edən şəxsə hökm oxundu

Azərbaycanda terrorçuluğa və dövlətə qarşı açıq çağırışlar etməkdə ittiham olunan Həmzə Məmmədlinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.

Dövlət ittihamçısı Həmzə Məmmədlinin 8 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.

Müşavirə keçirən hakimlər heyəti Həmzə Məmmədlinin barəsində hökm elan edib.
Məhkəmənin hökmü ilə Həmzə Məmmədli 6 il müddətinə azadlıqdan mərhum edilib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Həmzə Məmmədlinin barəsində Cinayət Məcəlləsinin 214-2 (Terrorçuluğa açıq çağırışlar) və 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar - eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib.

Məlum olub ki, Həmzə Məmmədli barəsində 2018-ci il iyulun 18-də axtarış elan edilib.