- 18:13 | 07.01.2025
- Məhkəmə
Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Ayxan İbrahimlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası yanvarın 15-nə təyin olunub.
Qeyd edək ki, Ayxan İbrahimli Bakının Xətai rayonu Sabit Orucov küçəsində aralarında yaranan münaqişə zamanı Bilalov Əziz Cumalı oğlunun qarnına 2 ədəd bıçaq zərbəsi vurmaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Ayxan İbrahimli eks prezident Ayaz Mütəllibovun mətbuat katibi olmuş, jurnalist Teylor İbrahimovun (Fətişoğlu) oğludur. Teylor Fətişoğlu özü də hazırda həbsdədir.
Şəbnəm Mehdizadə