- 17:04 | 07.01.2025
- Məhkəmə
Bakıda qızını öldürməkdə təqsirləndirilən Yelmar Atakişiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Elnur Nuiryevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Atakişiyev Yelmar Bakının Zabrat qəsəbəsində qızı, 42 yaşlı Cəmalə Atakişiyevanı yaşadığı evdə qətlə yetirməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə