- 11:00 | 08.01.2025
- Dünya
Türkiyənin Mersin şəhərində siçan dərmanından kütləvi zəhərlənmə baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Mersinin Tarsus rayonunda yaşayan bir ailənin üzvləri ürəkbulanma, qusma və ishal şikayətləri ilə Tarsus Dövlət Xəstəxanasına müraciət edib.
Bütün müdaxilələrə baxmayaraq 2 azyaşlı uşağın həyatını xilas mümkün olmayıb.
Vəziyyəti ağır olan 3 nəfər isə Ankaranın Etlik və Bilkent şəhər xəstəxanalarına yerləşdirilib.
İlkin məlumata görə, hadisə siçan zəhərinin buxarlanması nəticəsində baş verib.
Şəbnəm Mehdizadə