- 11:21 | 07.01.2025
- Dünya
Türkiyənin Çorum şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparılan araşdırma çərçivəsində terror təşkilatına üzv olduğu müəyyən edilən İraq əsilli Mezher Hussein Mahmud, Mohammed Sephan Khalat Al Doci, Abdullah Hüseyin Ali, Abdurrəhman Mezhem Hüseyn və Əhməd Mezhen Hüseynin ünvanlarında əməliyyat keçirilib.
Keçirilən əməliyyat zamanı 5 əcnəbi şübhəli saxlanılaraq həbs edilib.
Onların ünvanlarında külli miqdarda xarici valyuta ələ keçirilib.
Şəbnəm Mehdizadə