- 19:31 | 04.01.2025
- Dünya
Cənubi Koreya qəzaya uğramış təyyarənin səs yazısının stenoqramını tərtib edəcək.
E-huquq.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Qeyd edilib ki, müstəntiqlər Cənubi Koreyada dekabrın 29-da qəzaya uğrayan “Boeing 737-800” təyyarəsinin qalıqlarından çıxarılan səsyazıcının tam stenoqramını tərtib etməyə çalışırlar.
Xatırladaq ki, dekabrın 29-da Cənubi Koreyada “Jeju Air”in təyyarəsi Muan hava limanında qəzaya uğrayıb, nəticədə 179 nəfər həlak olub.