- 19:57 | 28.12.2024
- Siyasət
İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
E-huquq.az-ın məlumatına görə, başsağlığı məktubunda deyilir.
“Zati-aliləri.
İtaliya Respublikası adından və şəxsən öz adımdan Sizə Milad günü baş vermiş çox ağır təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığımı bildirirəm.
Cənab Prezident, Sizinlə birlikdə dost Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək, həlak olanların ailələrinin kədərini bölüşürəm”.