- 16:01 | 29.12.2024
- Digər
Jurnalistlər arasında keçirilən sorğuya əsasən, bu il işgüzarlığı ilə fərqlənən mətbuat xidmətlərinin ilk 10-luğunu müəyyənləşdirilib.
E-huquq.az xəbər verir ki, sorğuda iştirak edənlərin əksəriyyəti Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Bakı Metropoliteni" QSC və s. qurumların mətbuat xidmətlərinin işindən razı olduqlarını bildiriblər. Adıçəkilən qurumların mətbuat xidmətlərinin media sorğularına operativ cavab verdiyi qeyd olunub. Media ilə uğurlu əməkdaşlıq edən mətbuat xidmətlərinin jurnalistlərin işinə böyük töhfə verdiyi bildirilib.
Sorğunun nəticələrinə görə fərqlənən mətbuat xidmətlərinin ilk 10-luğunu təqdim edirik:
1. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev
2. Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev
3. Dövlət Turizm Agentliyin mətbuat xidmətinin rəhbəri Gülnar Mustafayeva
4. "Azərbaycan Dəmir Yolları" QSC-nin media məsələləri üzrə məsul əməkdaşı Bəxtiyar Hacıyev
5. Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev
6. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Metin Hüseynov
7. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova
8. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi mətbuat xidmətinin rəhbəri İlkin Kərimov
9. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov
10. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Azər Sarıyev
Mənbə: Milli.az