- 16:13 | 29.12.2024
- Məhkəmə
Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Natiq Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Aqil Nuriyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası yanvarın 6-na təyin olunub.
Qeyd edək ki, Natiq Orucovun idarə etdiyi avtomobil Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində yolun kənarında dayanan digər nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə Neftçala rayon sakinləri - Həşimzadə Kamran Əlihüseyn oğlu, Əliyeva Dilbər Habil qızı, Həşimzadə Mədinə Azər qızı, Əliyev Azər Atakişi oğlu, Həşimzadə Əli Kamran oğlu, Həşimzadə Əlihüseyn Kamal oğlu yaralanıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da Kamran Həşimzadənin həkimə qədər ölüm faktı qeydə alınıb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə