- 14:09 | 06.12.2024
- Digər
"Vurğulamaq istərdim ki, Cənab Prezidentin insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə etdiyi çağırışlar və tövsiyələr bu sahədə gələcək fəaliyyətimizin əsas prioritet istiqamətlərini müəyyən edir".
E-huquq.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Hüquq və İnsan Haqları İnstitutunda “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dair hazırlanmış elmi-praktiki kommentariya layihəsinin müzakirəsi üçün dəyirmi masada deyib.
"Bu baxımdan Ombudsman təsisatı olaraq, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, elm, təhsil, tədqiqat müəssisələri ilə əməkdaşlıqda maraqlıyıq. Milli insan hüquqları təsisatı olaraq, bu istiqamətdə müraciətləri müzakirə etməyə və dəstək verməyə şad olarıq!", - deyə Ombudsman bildirib.