- 19:01 | 13.01.2025
- Hüquq-mühafizə orqanları
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtda yerləşən Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edib.
E-huquq.az xəbər verir ki, bu barədə idarədən bildirilib.
Məlumata görə, paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində və Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərində yerləşən Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.
Qeyd olunub ki, 15 yanvar tarixindən etibarən həmin mərkəzlər həftənin I-VI günləri saat 23:00-dək, həftənin bazar günü isə saat 18:00-dək fəaliyyət göstərəcək.
Əhaliyə keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi üzün sözügedən mərkəzlərdə zəruri şərait yaradılıb.
Nəqliyyat vasitələrinin sahibləri və sürücüləri avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilər.