Yaponiyada güclü zəlzələ oldu

Yaponiyanın Kyuşu bölgəsində 6,9 bal gücündə zəlzələ baş verib.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 21.19-da Miyazaki sahillərində baş verən 6,9 bal gücündə zəlzələ yerin 30 kilometr dərinliyində qeydə alınıb.

ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin maqnitudasının 6,8 olduğunu açıqlayıb.

Dövlət televiziyası NHK bildirib ki, zəlzələdən sonra Miyazaki və Koçi əyaləti sahilləri üçün sunami xəbərdarlığı edilib.

Rəsmi Kyodo agentliyinin məlumatına görə, yeraltı təkanlar Miyazakinin yerləşdiyi cənub Kyuşu sahillərində hiss olunub.

Şəbnəm Mehdizadə