İndoneziyada torpaq sürüşməsi nəticəsində 7 turist ölüb

İndoneziyanın Sumatra adasında leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

E-huquq.az yerli mətbuata istinadən xəbər veri ki, Şimali Sumatra əyalətinin mərkəzi Medan və Berastagi şəhərini birləşdirən yolda sürüşmə baş verib.

Turistləri daşıyan avtobus sürüşmə zonasında torpaq altında qalıb. İlkin məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

Axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, noyabrın 25-26-da Sumatra adasında baş verən qəfil sel və torpaq sürüşməsi nəticəsində 20 nəfər həlak olub. 17 mindən çox adadan ibarət İndoneziyada oktyabrdan mart ayına qədər yağan mövsümi yağışlar tez-tez sel və torpaq sürüşməsinə səbəb olur.

Şəbnəm Mehdizadə