Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafiki dəyişir

"Azərbaycan Dəmir Yolları" QSC noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar iki qatarın ehtiyatda saxlanması məqsədilə 11-23 noyabr tarixlərində Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafikinə dəyişiklik edir.

E-huquq.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Belə ki, qeyd edilmiş müddət boyunca həftənin iş günlərində (iş günü elan edilmiş 16 və 23 noyabr tarixləri daxil olmaqla):
• Bakıdan saat 08:10, 17:50 və 19:05,
• Sumqayıtdan saat 07:20,
• Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri müvəqqəti olaraq ləğv edilir.

Xırdalan istiqamətində və Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən digər qatarların hərəkət qrafiki dəyişiklik edilmədən qüvvədə saxlanılır.