- 15:57 | 05.11.2024
- Sosial
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabrın 7-də pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.
Bu barədə e-huquq.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.