- 05 noyabr 15:38
- Digər
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır.
Mərkəzdən e-huquq.az-a verilən məlumata görə, bu ilin oktyabr ayı ərzində 28 aptekdə yoxlama aparılıb. 26 aptekdə planlı, 2 aptekdə isə plandankənar təftiş keçirilib.
Aparılan yoxlamalar nəticəsində 2 aptekdə nöqsanlar aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 452.3 maddəsi üzrə protokollar tərtib edilib.