- 13:19 | 15.08.2024
- Məhkəmə
Binəqədi Rayon Məhkəməsində Bəhruz Ağazadənin Müdafiə Sənayesi Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair iddiaya baxılıb.
E-huquq.az-ın məlumatına görə, hakim Rəşad Qoşqarlının sədrliyi ilə keçirilən prosesdə işçinin işdən çıxarılması əsassız hesab edilib. Buna görə B. Ağazadənin iddiası təmin olunub.
Məhkəmə işçinin öz vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edib.
Şəbnəm Mehdizadə