- 17:03 | 15.01.2025
- Hüquq-mühafizə orqanları
Bakıda daxili işlər orqanları ilə qurulmuş peşəkar əməkdaşlıq münasibətləri zəminində həyata keçirilən tədbirlər nəticəsində hesabat dövründə qeydə alınmış 50 qəsdən adam öldürmə cinayətinin üstü açılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğu tərəfindən 2024-cü il üzrə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsində deyilib.
Bildirilib ki, həmçinin ötən illərdən bağlı qalan 2 qəsdən adam öldürmə cinayətlərinin açılması təmin edilib.