- 20:09 | 15.01.2025
- Hadisə
Aktrisa Çimnaz Sultanova vəfat edib.
E-huquq.az xəbər verir ki, bu barədə aktrisanın qohumları məlumat verib.
Mərhum aktrisa sabah dəfn ediləcək.
Məlumata görə, aktrisa 43 yaşında bağırsaq xərçəngindən dünyasını dəyişib.
O, son iki ayda ağır xəstəlikdən əziyyət çəkirmiş.
Qeyd edək ki, Çimnaz Sultanova 15 yanvar 1982-ci ildə Bakıda anadan olub. “Vicdan haqqı”, “Sənə inanıram”, “Bayram axşamı” kimi bir sıra serial və filmlərdə rol alıb.