Bakı Apellyasiya Məhkəməsində Branislav Soloviç ilə görüş keçirilib -

1 sentyabr 2024-cü il tarixdə Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə bağlı ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının nümayəndəsi - həmin qurumun hüquqi təhlilçisi Branislav Soloviç ilə Bakı Apellyasiya Məhkəməsində görüş keçirilib.

E-huquq.az xəbər verir ki, görüşdə seçki mübahisələrinin məhkəmə qaydasında həlli, seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsinə dair işlər üzrə müxtəlif mövzular ətrafında müzakirələr aparılıb.

Qonağı maraqlandıran məsələlərə aydınlıq gətirilib.